EN

“Gələcəyimlə bağlı heç bir konkretlik yoxdur” – “Qarabağ”dan ayrılan futbolçu

Bir müddət əvvəl “Qarabağ”dan ayrılan rusiyalı qolkiper Andrey Lunyov Moskva “Dinamo”suna keçmək ehtimalına münasibət bildirib.



Komanda.az “Metaratings”-ə istinadən xəbər verir ki, “Qarabağ”ın sabiq qapıçısı hələlik karyerası ilə bağlı qərar vermədiyini deyib:



“Gələcəyimlə bağlı heç bir konkretlik yoxdur, hər şey eynidir. “Dinamo”? Çox yazdılar, amma indiyə qədər bunların hamısı şayiədir. Mövsüm az əvvəl başa çatıb və təcrübə göstərir ki, vaxt lazımdır. Müəyyən ünsiyyət var, lakin hələlik heç bir konkretlik yoxdur”.



Daha əvvəl 32 yaşlı futbolçunun tezliklə “Dinamo”ya keçəcəyi bildirilirdi. Rusiya mətbuatının məlumatına görə, qapıçı mövsümə 900 min avro maaşla müqavilə imzalamağa yaxındır. Bonuslarla məbləğ maksimum 1,1 milyon avroya çata bilər.



Lunyov 2023/24 mövsümündə “Qarabağ”ın heyətində bütün turnirlərdə 34 oyun keçirib, 43 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAndrey Lunyov Qarabağ Futbol Klubu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
komanda.az

1Sources