EN

ABŞ-də 21 milyon seçici vətəndaşlığını sübut edə bilməyəcək -“The Guardian“

ABŞ-də təxminən 21 milyon seçici Amerika vətəndaşlığını təsdiq edə bilmir.

News365.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Nəşr aparılan xüsusi araşdırmalara istinad edib. Qeyd edilir ki, zərurət yaranacağı təqdirdə həmin insanlar nəinki pasport, doğum haqqında şəhadətnamə və vətəndaşlığı sübut edən digrə sənədlərini belə təqdim edə bilməyəcəklər.

Məqalədə oda vurğulanır ki, hazırda respublikaçılar miqrantlara qarşı tədbirlərin sərtləşdirilməsinin tərəfdarıdırlar. Xüsusilə, keçmiş prezident Donald Trampın tərəfdarları ABŞ vətəndaşı olmayanların səsverməsinə mane olmağa çalışırlar. Belə ki, bu planlar həyata keçərsə, amerikalıların təxminən 9 faizi qarşıdan gələn prezident seçkilərində iştirak edə bilməyəcək.

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Jonson problemi etiraf edərək deyibi: "Biz hamımız intuitiv olaraq bilirik ki, bir çox qeyri-qanuni immiqrant federal seçkilərdə səs verir".

Tural

News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
news365.az

1Sources