EN

COP29 çərçivəsində şirkətlərin rəqəmsallaşması üzrə seminar keçiriləcək

Bakı. Trend:

Azərbaycanda COP29 çərçivəsində şirkətlərin rəqəmsallaşması üzrəseminarın keçirilməsi planlaşdırılır.

Trend xəbərverir ki, bu barədə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi vəSosial Komissiyasının (UNESCAP) nümayəndəsi bu gün Bakıda keçirilən"Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) üzrə seminarınkuluarlarında jurnalistlərə deyib.

"Sabah 15 startapın iştirak edəcəyi seminar keçiriləcək. Onlarınarasında Azərbaycandan 11, Türkiyə və Tacikistandan isə iki layihəyer alır. Tədbir COP29 çərçivəsində şirkətlərin rəqəmsallaşmasınahəsr olunacaq. Bundan başqa, seminar çərçivəsində potensialıngücləndirilməsi üzrə iki aylıq proqram başlayacaq. Proqramşirkətlərə texnologiya və məhsullarını genişləndirmək, habeləbeynəlxalq bazarlara çıxmaq üçün korporativ vençur kapitalını necəcəlb etməyi öyrətmək mövzusunda təlim keçməyi hədəfləyir" - odeyib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
4
az.trend.az

5Sources