EN

KOB-ların satış imkanlarının genişləndirilməsi, alış-veriş, master-klasslar və mədəni proqram - “KOB FEST” başlayır

Bakı. Trend:

Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışınavə bazarlara çıxış imkanlarının genişləndirilməsinə dəstəkməqsədilə ölkənin bir sıra regionlarında sərgi-satış yarmarkaları –“KOB FEST”lər keçiriləcək. “KOB FEST” barədə suallarımızı Kiçik vəOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşı FirəngizXəlilova cavablandırıb.

“KOB FEST” nədir?

Dövlət tərəfindən mikro və kiçik sahibkarlıq subyektləriçoxşaxəli dəstək tədbirləri ilə əhatə olunub. Belə dəstəkistiqamətlərindən biri də KOB subyektlərinin satış və bazarlaraçıxış imkanlarının genişləndirilməsi ilə bağlıdır. KOBİA tərəfindəndə bu sahədə KOB subyektlərinə müxtəlif dəstəklər göstərilir.Bunlardan biri də KOB-ların satış və bazarlara çıxış imkanlarınıgenişləndirən sərgilərə çıxışa dəstək mexanizmidir. Bu mexanizmçərçivəsində Agentlik hər il KOB-ların ödənişsiz olaraq müxtəlifixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək olur.Bunlardan biri də “KOB FEST” sərgi-satış yarmarkalarıdır. Buyarmarka 2022-ci ildən etibarən keçirilir və KOB-lar tərəfindənböyük maraq və rəğbətlə qarşılanır. Məqsəd KOB subyektlərininistehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçıauditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçılarıKOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə mikrovə kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Sərgi-satışyarmarkaları həmçinin, həssas əhali qrupuna aid sahibkarlıqsubyektlərinin və sənətkarların satış imkanlarını artırmağı,istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi,KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrinqurulmasını hədəfləyir. Yarmarkalarda məhsul və xidmətlərini təqdimedəcək mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdətutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır. 2024-cüildə də ölkənin bir sıra rayonlarında “KOB FEST” sərgi-satışyarmarkalarının təşkil olunması nəzərdə tutulur.

Bu il “KOB FEST” hansı rayonlardakeçiriləcək?

Builki “KOB FEST”lər Göygöl, Şəki, Gəncə, Naxçıvan və s. rayonvə şəhərlərdə təşkil olunacaq. Artıq Göygöl rayonunun ərazisindəkeçiriləcək “KOB FEST” ilə bağlı sahibkarların məlumatlandırılması,onlardan müraciətlərin qəbulu həyata keçirilir. Bu tədbir 5-7 iyultarixlərində Hacıkənd Xan Yaylağında keçiriləcək Milli YaylaqFestivalı çərçivəsində təşkil olunacaq.

Yarmarkalarda daha çox tədbirin keçirildiyi rayondan, eləcə dəona yaxın bölgələrdən KOB-ların iştirakına üstünlük veriləcək. Busahədə Agentliyin ölkənin 40-dan çox şəhər və rayonunda fəaliyyətgöstərən nümayəndələri – “KOB dost”ları yerlərdə sahibkarlarlaaktiv iş aparır.

Ümumilikdə 2024-cü ildə təşkil olunacaq “KOB FEST”lərin ölkəüzrə əhatə dairəsi genişləndirilib. “KOB FEST”lər əsasənregionlarda təşkil olunacaq. Bu, bölgələrdə fəaliyyət göstərənmikro və kiçik sahibkarların satış imkanlarının artırılmasına vəbazarlara çıxışının genişləndirilməsi üçün daha çox dəstəyəehtiyacının olması ilə bağlıdır. Əvvəlki illərdən fərqli olaraqbuilki “KOB FEST”lərdə daha çox KOB subyektinin iştirakına şəraityaradılacaqdır.

Əvvəlki illərdə təşkil edilmiş “KOB FEST”lərə maraq necəolub?

KOBİA 2022-ci ildən etibarən “KOB FEST” sərgi-satışyarmarkalarını təşkil edir. İndiyədək bu yarmarkalar Bakı,Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Şəmkir, Quba və s. şəhər vərayonlarda keçirilib. Bu yarmarkalarda 600-ə yaxın mikro və kiçiksahibkarlıq subyektinin istehsal etdiyi məhsul və xidmətlərsərgilənib və satışı həyata keçirilib. Yarmarkalara KOBsubyektləri, yaradıcı şəxslər və sənətkarlar tərəfindən ümumilikdə4 mindən çox çeşiddə məhsul və xidmətlər, o cümlədən qida vəqeyri-qida məhsulları, əl işləri, toxuculuq məhsulları, geyimlər,aksesuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri,kitablar və s. çıxarılıb. İştirakçı sayı, məhsul çeşidi, eləcə dəsərgi ziyarətçilərinin sayının çox olması “KOB FEST”lərə maraqdanxəbər verir. Bu tədbirlər həmçinin KOB subyektlərinə yeniəməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsinə imkanverib. “KOB FEST”lər həmçinin mikro və kiçik sahibkarların satışbacarıqlarının inkişaf etdirilməsinə, bu sahədə təcrübələriniartırmasına öz töhfəsini verib.

“KOB FEST”lərdə iştirak şərtləri necədir?

“KOB FEST” sərgi-satış yarmarkalarında mikro və kiçiksahibkarlıq subyektləri, sənətkarlar və yaradıcı şəxslər iştirakedə bilərlər. Yarmarkada iştirak etmək üçün mikro və kiçiksahibkarlıq subyektlərindən yalnız Agentliyin saytındayerləşdirilmiş onlayn müraciət formasını (https://smb.gov.az/az/contact-form/exhibition-form/1)doldurmaqla qeydiyyatdan keçmələri tələb olunur. İştirakla bağlıbütün xərclər KOBİA tərəfindən qarşılanacaq. “KOB FEST”lərdəiştirak etmək istəyən KOB-ları, eləcə də ictimaiyyətiməlumatlandırmaq məqsədilə əvvəlcədən yarmarkanın keçiriləcəyişəhər və rayonlar barədə mediada, Agentliyin saytında və sosialşəbəkələrdəki hesablarında elanlar veriləcəkdir.

Bəs, “KOB FEST”lərdə sərgi ziyarətçilərini nələrgözləyir?

“KOB FEST”lərin keçirilməsində başlıca məqsəd KOB-ların məhsulvə xidmətlərinin satışına dəstək göstərmək olsa da, yarmarkalarçərçivəsində 3 gün müddətində mədəni-əyləncəli proqram da təşkilolunacaq. Eyni zamanda yaradıcı şəxslər və sənətkarlar tərəfindənmaster-klasslar keçiriləcək. Bir sözlə, yarmarkanı ziyarət edənyerli əhali, qonaqlar və turistlər həm alış-veriş edə biləcək, həmdə əylənəcəklər. “KOB FEST”lərin həmçinin ölkəmizi ziyarət edənturistlər üçün də maraqlı məkan olacağına inanırıq. Fürsətdənistifadə edərək tur şirkətlərinə proqramlarına “KOB FEST”ləri dəsalmağı tövsiyə edirik. Yarmarkalar turistlərə maraqlı hədiyyəlikəşyalar almağa, milli təamlarımızı dadmağa, əyləncəli gün keçirməyəimkan verəcəkdir.

Chosen
117
26
az.trend.az

10Sources