EN

Macarıstan Ukraynadakı hərbi əməliyyatlarında iştirak etmək istəmir

Macarıstanın baş naziri Viktor Orban ölkə mətbuatına bildirib ki, Budapeşt NATO-nun Ukraynadakı missiyasına qarşı çıxır. Lakin heç bir vəchlə bunun qarşısını ala bilmir. Baş nazir xüsusi olaraq vurğulayıb ki, NATO üzvlərinin əksəriyyəti bunu dəstəkləyir.

Bundan əvvəl baş nazir NATO-nun baş katibi Yens Stoltenberqlə bu mövzuda danışıqlar apardığını da qeyd edib.

Viktor Orban vurğulayıb ki, söhbət zamanı baş katibin diqqətinə Macarıstanın blokun alyans ərazisindən kənarda, ilk növbədə Ukraynadakı hərbi əməliyyatlarında iştirak etməmək niyyətini çatdırıb.

“Mən baş katibdən NATO qaydalarına və ənənələrinə uyğun olaraq alyansın ərazisindən kənarda həyata keçirilən bütün hərbi əməliyyatların yalnız könüllü ola biləcəyinə aydınlıq gətirməsini xahiş etmişəm”, - deyə baş nazir bildirib…

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
oxumeni.az

1Sources