EN

HadisəLənkəranda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Lənkəranda rabitəçini elektrik cərəyanının vuraraq öldürməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə "Far.Az"a "Aztelekom"dan məlumat verilib.

"Təəssüf hissi ilə bildiririk ki, 12.06.2024-cü il tarixində “Aztelekom” MMC-nin Lənkəran rayonunda yerləşən xidməti ərazisində bədbəxt hadisə baş verib. Hadisə nəticəsində subpodratçı şirkətlərdən birinin əməkdaşı Cəmil Zöhrab oğlu Həsənov həyatını itirib. Hadisənin baş vermə səbəbləri ilə bağlı yerli aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır. Subpodratçı şirkətin həyatını itirən əməkdaşının ailəsinə başsağlığı veririk", - qurumdan qeyd olunub.

13:08

Lənkəran rayonunda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

“Far.Az”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Gərmətük qəsəbəsində baş verib.

Belə ki, "Aztelekom"un əməkdaşı, rayonun Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən ehtiyatsızlıq edib və yüksək gərginlikli elektrik xətlərinə toxunub.

Nəticədə yüksək gərginlikli elektrik cərəyanı onu vurub.

C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
113
13
far.az

10Sources