Ötən gün kanalda boğularaq ölən "Səbail"in 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Amid Alxasov doğma kəndində dəfn olunub.
Bu barədə futbolçunun əmisi, "Turan Tovuz" klubunun futbolçusu Slavik Alxasov Oxu.Az-a məlumat verib.
"Amidin ölüm xəbərini Bakıda olduğum zaman aldım. Qardaşım mənə zəng edərək vəfat etdiyini bildirdi. Amid Qusara iki-üç günlüyə istirahət etmək üçün getmişdi. Dostları ilə üzməyə getdiyi kanalda boğulub".
Amid Alxasov bu gün Qusarın İmamqulukənd kəndində torpağa tapşırılıb.
![](https://static.cdnsb.net/afm/images/2024/06/12/8487541.jpg)
Anar Həsənov