EN

Hikmət Hacıyev NATO Daimi Nümayəndə Müavinləri Komitəsinin iclasında iştirak edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə NATO Daimi Nümayəndələrin Müavinləri Komitəsi (DPRC) + Azərbaycanın iclası yenicə yekunlaşıb.

Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə “X” platformasında paylaşım edib.

Hikmət Hacıyev NATO-Azərbaycan tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri, Azərbaycanın regional əlaqələnmə və enerji təhlükəsizliyində mühüm rolu, COP29-a hazırlıq prosesi, iqlim və yaşıl həmrəylik gündəliyi, eləcə də Ermənistanla normallaşma prosesi və sülh gündəminin irəliləməsi ətrafında məhsuldar müzakirələr aparıb.

Chosen
47
3
azpost.info

5Sources