EN

Norveç Ukraynaya 240 milyon avro vəsait ayıracaq

Norveç Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 240 milyon avro ayıracağını bildirib ki, bunun da 125 milyon avrosu Almaniya, Danimarka və Niderlandın ilə birgə səylərin bir hissəsi olacaq.

"Cebhe.info" xəbər verir ki, bununla bağlı iyunun 12-də Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

“Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün 240 milyon avro ayıracaq. Bu gün Almaniya Danimarka, Hollandiya və Norveçlə birlikdə Ukraynaya daha 100 Patriot hava hücumundan müdafiə raketi tədarük edəcəyini açıqlayıb. Norveç bu təşəbbüsə 125 milyon avro töhfə verəcək” – deyə nazirliyin “X” sosial şəbəkəsindəki hesabında deyilir.

Xatırladaq ki, Almaniyanın müdafiə naziri Boris Pistorius çərşənbə axşamı ölkəsinin Ukraynaya yardımı davam etdirəcəyini və yeni yardım paketinə snayper tüfəngləri, pilotsuz uçuş aparatları və “Patriot” sistemləri üçün raketlərin daxil olacağını bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
cebheinfo.az

1Sources