EN

Əhməd barəsində cinayət işi üzrə istintaq yekunlaşıb

Bakı. Trend:

Cari il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdətəqsirləndirilən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun barəsindəXətai rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidaiistintaq tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, cəmiyyətdə böyük ictimai rezonansa səbəb olmuş cinayətin başvermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməlininxarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallarprokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinindigər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik vəpsixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxsƏhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdəolmasına, həmçinin, cəmiyyət üçün təhlükəli olmasına əsaslışübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterliməcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov,1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlübacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızıÜlviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşıMəhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusiamansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona CinayətMəcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkarşəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə)maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqinvəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyatakeçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “RespublikaPsixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxsbarəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinəbaxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır CinayətlərMəhkəməsinə göndərilib.

Chosen
101
46
az.trend.az

6Sources