EN

“Bavariya” İngiltərə millisinin üzvünü alır

“Bavariya”nın yeni baş məşqçisi Vinsent Kompani “Liverpul”un və İngiltərə millisinin müdafiəçisi Co Qomesi komandasında görmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun “qırmızılar”la 2027-ci ilə qədər müqaviləsi var. O, ötən mövsüm mersisaydlıların heyətində 51 oyun keçirib, 3 məhsuldar ötürmə edib.

Əvvəllər bildirilirdi ki, “Bavariya” “Bayer”in müdafiəçisi Conatan Ta ilə razılığa gəlib. Lakin Münhenlilər hələ ki, Leverkuzen klubu ilə transferi razılaşdırmayıb.

Chosen
128
idmanxeber.az

1Sources