EN

Məhkəmələrdə süni intellekt dövrü başladı

Mərakeş məhkəmələrində süni intellektin istifadəsinə başlanılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Əbdüllətif Vehbi Nümayəndələr Palatasındakı Ədliyyə Komitəsinin iclasında açıqlama verib.

O, aldıqları proqram sayəsində qərarları yazmağa ehtiyac qalmadığını və proqramın ifadələri rəqəmsal mühitə köçürdüyünü bildirib. Həmçinin qeyd edib ki, proqram hakimlərin və vəkillərin işini asanlaşdırmağı hədəfləyir.

Qeyd edək ki, 14 may 2024-cü ildə Mərakeşdə süni intellektdən istifadə ilə bağlı qanun qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
publika.az

1Sources