EN

Müttəfiqləri Makrondan üz döndərməyə başlayıblar

Hurriyyet.az xəbər verir ki, "Politiko" nəşrinin yazdığına görə, Fransa Prezidenti Emmanuel Makronun tərəfdarlarından ibarət koalisiyaya daxil olan parlament üzvləri onun növbədənkənar parlament seçkiləri keçirmək qərarının onları fəlakətə sürükləyə biləcəyindən ehtiyat edirlər. 

Nəşr yazır: "Avropa Parlamentinə seçkilərdəki məğlubiyyətin ardından Makronun növbədənkənar seçkilər keçirilməsi ilə bağlı gözlənilməz qərarından sonra Fransa Prezidentinin müttəfiqləri qərarın onları fəlakətə apara biləcəyindən ehtiyat edirlər".

Prezidentin tərəfdarlarından biri belə bir bəyanatla çıxış edib: "Mənim seçki plakatlarımda Makronun üzünü görməyəcəksiniz". Nəşrə müsahibə verən digər bir mənbə isə deyib: "Yelisey sarayı, Fransadakı antiprezident ovqatını hələ də dərk etməyib".

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
92
hurriyyet.az

1Sources