Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı dörd əsas amilin – tütün, normadanartıq emal olunmuş qidalar, yanacaq qazı tullantıları və spirtinAvropada ildə 2,7 milyon insanın ölümünə səbəb olduğunuaçıqlayıb.
Trend “The Straits Times” saytına istinadən xəbər verir ki,ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Kluge bu dördamilin hər gün azı 7 min insanı məhv etdiyini söyləyib.
ÜST bildirib ki, sənayenin həmin sahələri ürək-damarxəstəlikləri, xərçəng və diabet kimi qeyri-infeksion xəstəliklərləmübarizə səylərinə mane olur.
Məlumatda qeyd olunub ki, Avropada böyüklərin təxminən 60 faizi,uşaqların üçdəbiri artıq çəkidən və ya piylənmədən əziyyət çəkir.2017-ci ilin ən son məlumatları göstərir ki, Avropada ürək-damarxəstəlikləri və xərçənglə bağlı hər beş ölümdən biri qeyri-sağlamqidalanma vərdişlərinin nəticəsidir.
ÜST ölkələri qeyri-sağlam məhsulların marketinqi, inhisarçılıqpraktikası və lobbiçiliklə bağlı daha güclü qaydaların tətbiqi iləmübarizə aparmağa çağırıb.