EN

Aslan Kərimov son iki oyunda yığmanın üstün və zəif cəhətlərini qeyd etdi

"Millimiz Macarıstanda iki fərqli rəqibə qarşı oynadı. Albaniya daha güclü kolleltiv idi. Onların heyətində keyfiyyətli futbolçular yer aldığından yığmamız onlarla baş-başa mübarizə apara bilmədi. Amma Qazaxıstanla qarşılaşmada həm topa nəzarət bizdə idi, həm də dominant futbol ortaya qoyduq. Hücum planında yaradıcılığımız da diqqət çəkdi". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
Millinin sabiq üzvü millinin oyun üslubundan danışmaqla yanaşı, çatışmazlıqları da qeyd edib: "Albaniya AÇ-də ölüm qrupuna düşüb. Bu səbəbdən daha çox əks-hücum taktikasını cilalamağa çalışdılar. Yığmamızla oyunda bundan yaxşı istifadə etdilər. Millimiz rəqibin sürətli hücumlarının qarşısını almaqda çətinlik çəkdi. Qazaxıstanla qarşılaşmada da əks-hücumdan qollar buraxdıq. Amma postsovet təmsilçisiylə görüşdə komandamızın hücum planında inkişafı hiss olundu. Çox təəssüflər olsun ki, son illərdə, o cümlədən, Canni de Byazinin zamanında da əks-hücumlara çıxmaqda və rəqibin sürətli hücumlarının qarşısını almaqda aciz idik. Milli qarşıdakı toplanışa və seçmə mərhələyə yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Ümid edək ki, yeni gələn mütəxəssis Azərbaycan millisində uğurlu nəticələrə imza atacaq".
 
Qeyd edək ki, Arif əsədovun rəhbərlik etdiyi yığma komanda ötən gün yoldaşlıq görüşündə Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib.ABDULLA İSMAYILOĞLU

Chosen
141
sport24.az

1Sources