EN

Rövşən Rüstəmov: "İlin sonunadək daha 6 “Stadler” qatarının ölkəyə çatdırılması planlaşdırılır"

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) İsveçrənin “Stadler” şirkətindən 10 ədəd sərnişin qatarının alınmasını hədəfləyib.

“Report” xəbər verir ki, bunu ADY-nin sədri Rövşən Rüstəmov bu gün Ucar və Ləkidə mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

"Bu qatarlardan 4-ü artıq bu gündən etibarən sərnişinlərin istifadəsinə verilib. Digər 6 qatar isə bu ilin sonunadək ölkəyə çatdırılması planlaşdırılır", - R. Rüstəmov bildirib.

Onun sözlərinə görə, sərnişindaşımada ADY-nin əsas prioritetlərindən biri sərnişinlərə müasir, keyfiyyətli və təhlükəsiz xidmətlərin təqdim olunmasıdır: "Əsas amalımız xidmət coğrafiyasının genişləndirilməsi deyil, eyni zamanda xidmət keyfiyyətinin artırılmasıdır. Bunun üçün həm dünya standartlarına uyğunlaşmaq, həm qatarların, həm infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər görülür“.

R. Rüstəmov vurğulayıb ki, nəqliyyatda mobilliyin təmin olunması məqsədilə ADY öz hədəflərini yerinə yetirir: "Bu gün istismara verilən qatarlarda da bu prinsiplər tam təmin olunub. Bu qatarlar müasir təhlükəsizlik sistemləri ilə, innovativ həllərlə təchiz olunub. Sərnişindaşımada həyata keçirilən işlərdən biri də rəqəmsallaşmanın aparılmasıdır”.

ADY-nin sədri əlavə edib ki, bu istiqamətdə bir sıra yerinə yetirilən təşəbbüslər var: “Onlara ödəniş sistemlərinə tam inteqrasiya, mobil tətbiqin istifadəyə verilməsi və digər xidmətlər daxildir ki, bütövlükdə bunlar sərnişindaşımada yemi xidmət standartının həyata keçirilməsinə imkan verəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
3
report.az

4Sources