EN

Tərəfdaşları Makrona qarşı: Artıq rəsmilər də susmurlar

Fransa Prezidenti Emmanuel Makronun İntibah Partiyasındakı tərəfdaşları onun növbədənkənar seçki qərarından narazıdırlar.
Bu barədə mənbədən bildirilib.
Vurğulanır ki, prezidentin qərarının məntiqi hələ də onun bir çox partiya yoldaşları tərəfindən başa düşülməyib.
"Makron qərarını elan edəndə sıralarımızda şok və qəzəb var idi. Elə bir hiss var ki, o bizi uduzulmuş bir döyüşə göndərir", - deyə "İntibah"dan olan deputat Kristof Marion bildirib.
Eyni zamanda, Makronu bu addımından çəkindirməyə çalışan Baş nazir Qabriel Attal və Milli Assambleyanın sədri Yael Braun-Pivenin onun qərarına etiraz etdikləri bildirilir.
Mənbə: Bloomberg
Chosen
100
39
oxu.az

10Sources