EN

İsrail 250 gündür Qəzzada qırğınlar törədir

İsrail 250 gündür Qəzza zolağına vəhşicəsinə hücum edir. İsrail ordusu Qəzzada tarixə qara ləkə kimi düşəcək bir çox kütləvi qətllər törədib. İsrail qüvvələri 37 mindən çox fələstinlini öldürüb, on minlərlə evi, yüzlərlə məscidi, kilsəni və təhsil müəssisəsini dağıdıb. Qəzza zolağının demək olar ki, bütün əhalisi məcburi köçkün vəziyyətinə düşüb. İsrail əsgərləri  dinc əhalinin üzərinə tonlarla bomba atıblar.  Onlar inanılmaz üsula əl ataraq yardım aparan yük maşınlarında gizləniblər. Onlar qaçqın düşərgəsinə soxularaq fərq qoymadan atəş açıblar.

İsrail 8 aydır qətliam törətdiyi Qəzza zolağında Nuseyratda tarixin ən böyük insanlıq cinayətlərindən birini törədib, 270 dinc sakini qətlə yetirib. Lakin bu, İsrailin törətdiyi qırğınların nə birincisi, nə də sonuncusu idi. 7 oktyabr 2023-cü ildən bəri İsrail tərəfindən öldürülən fələstinlilərin sayı 37 mini keçib. Ən azı 10 min insan itkin düşüb.

İsrail Qəzza zolağına fərq qoymadan hücum edir. Oktyabrın 7-dən bu yana Qəzzada 88 min 300 ev, 604 məscid, 108 məktəb və universitet dağıdılıb. Hücumlar Qəzzaya 33 milyard dollara başa gəlib.

Çadır şəhərciyinə sığınan fələstinlilər hədəfə alınıb. 
İsrail qəddarlığı sərhəd tanımır. O, Qəzza zolağında çoxlu kütləvi qətllər törədib. Onlardan biri iyunun 6-da baş verib. İsrailin Nuseyrat Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının məktəbini vurması nəticəsində 40 fələstinli həlak olub, 75 nəfər yaralanıb. 

Mayın 26-da İsrailin hücumlarından qaçaraq Rəfahdakı çadır şəhərciyinə sığınan fələstinlilər hədəfə alınıb. Bu hücumda 74 köçkün fələstinli vəhşicəsinə qətlə yetirilib.

İsrailin tarixə qara ləkə kimi düşəcək kütləvi qətllərinin ən böyüyü Əl-Ehli Baptist Xəstəxanasına hücum olub. Hücum nəticəsində 471 nəfər həlak olub. 342 nəfər yaralanıb.

 2 milyon fələstinli dəfələrlə məcburi köçə məruz qalıb...

İsrail həm  də Qəzzadakı qətliamları dünyaya bəyan etməyə çalışan jurnalistləri susdurmağa çalışır. Qəzzada 150 jurnalist öldürülüb. Bölgəni tam blokadada saxlayan İsrail jurnalistləri içəri buraxmır.

Qəzza zolağında əhalinin böyük hissəsi İsrailin hücumları səbəbindən didərgin düşüb. 2 milyon 300 min əhalisi olan bölgədə 2 milyon fələstinli dəfələrlə məcburi köçə məruz qalıb. Onlar İsrailin təhlükəsiz bölgə kimi təyin etdiyi yerlərə sığınıblar. Bununla belə, İsrail hər yeri vurur. Qəzzada təhlükəsiz zona qalmayıb. 

Nərgiz,

Sİtat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
sitat.info

1Sources