İyunun 5-də Sumqayıt şəhər sakini olan şəxs banklardan birinə aid kartından 590 manatın oğurlanması barədə polisə məlumat verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini 1974-cü il təvəllüdlü Mirələm Dərgahov saxlanılıb.
Həmin şəxs kart məlumatlarını əldə edəndən sonra qeyd olunan məbləği onlayn alış-veriş saytlarında istifadə etməklə xərcləyib.
Faktla bağlı araşdırmalar aparılır.
![](https://images.oxu.az/2024/06/12/n43KlJZJAUT8eGuSPKSKHZHQICs29xOd010nRZxj:450.jpg)
![](https://images.oxu.az/2024/06/12/xZ7pNV2fgxq1Y23LgSl5l7S2InFOC1uEZEWf5hf6:450.webp)