EN

Lənkəranda 32 yaşlı kişini cərəyan vuraraq öldürüb

Lənkəranda bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün Lənkəran rayonunun Gərmətük kəndi ərazisində internet provayderlərindən birinin əməkdaşı rayonun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən, yüksək gərginlikli elektrik xətlərinə toxunub. Bu zaman onu cərəyan vurub.

Ətrafdakıları köməyi ilə C.Həsənov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun həkimə qədər ölüm faktı qeydə alınıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
11
apa.az

10Sources