EN

“Sertifikasiyadan keçməyən müəllimlər məktəbdə işləyə bilər“ - Kamran Əsədov

Xəbər verdiyimiz kimi iyunun 8-də müəllimlərin təkrar sertifikatlaşdırılması prosesi həyata keçirilib. Xeyli sayda müəllim imtahanda uğurlu nəticə qazana bilməyib. 

Bəs, həmin müəllimlərin taleyi necə olacaq?

Suala təhsil üzrə ekspert Kamran Əsədov aydınlıq gətirdi.  News365.az-a açıqlamasında o, bildirdi ki,  həmin müəllimlərlə bağlanmış müqaviləyə 2024-cü ilin avqust ayının 15-dən sonra xitam veriləcək:

“Və onlar müəllim kimi artıq orta təhsil müəssisələrində fəaliyyət göstərməyəcəklər. Nəzərə alaq ki. 2022-ci ildə keçirilən sertifikasiyada 743 nəfər müəllim öz iş yerini itirmişdi. Bu il isə ümumilikdə  4000-ə yaxın müəllimin aqibəti onlarla eyni oldu. Hansıki bu il sertifikasiyanı keçə bilməyən müəllimlərdən 3400-ü ibtidai sinif müəllimi, 400-dən çoxu isə Azərbaycan dili və ədəbiyyat müəllimləridir.”

Kamran Əsədov həmin müəllimlərin bundan sonra pedaqoji fəaliyyətlərinə də toxunub:

“Onlara növbəti ildə hazırlaşıb 2025-ci ildə yenidən müəllimlərin işə qəbulu imtahanında iştirak etmək hüququ, müsabiqə şərtini ödəyib, orta təhsil məktəblərində işləmək haqqı qazanmaq üçün bir şans verilir.”

“Həmin müəllimlər məktəblərdə sadəcə müəllim kimi çalışmaya bilər.  Bununla belə həmin şəxslər  əgər orta məktəblərdə müəllim kimi işləyirlərsə, onlara şans veriləcək ki, müəllimlərin işə qəbulu vasitəsiylə orta məktəbdə çalışsınlar. Həmçinin. Elm və Təhsil Nazirliyinin göstərmiş olduğu humanizmə əsaslanır. Belə ki, həmin şəxslərin orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmamaq şərtilə digər işlərdə, məsələn, sosial pedaqoq, laborant , katibə, kitabxanaçı və digər bunun kimi ixtisasa uyğun vəzifələrdə çalışmasına imkan veriləcək. Amma bütün hallarda həmin şəxslər artıq müəllim kimi fəaliyyət göstərə bilməyəcəklər. Yəni bu qədər zəif bilik və bacarıqlara sahib olan şəxslərin uşaqlarla məşğul olması birmənalı şəkildə ədalətsizlikdir.”

Bəzi şəxslərin imtahandan keçə bilməməsinin günahını ekspert onların özündə görür:

"Məsələ ondan ibarətdir ki, onlar öz üzərlərində işləməyiblər. Çalışdıqları müddət ərzində həmin fənni normal tədris etsəydilər, üçüncü-dördüncü sinif səviyyəsində verilmiş sualların ən azından 50%-nə doğru cavab verərdilər.”


Chosen
158
news365.az

1Sources