EN

Azərbaycan millisinin yeni baş məşqçisi barədə

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi, portuqaliyalı keçmiş futbolçu və məşqçi Fernandu Santuş 10 oktyabr 1954-cü ildə Lissabon şəhərində anadan olub.O, futbolçu karyerasına müdafiəçi olaraq 1973-cü ildə Porgtuqaliya çempionatının “Estoril” klubunda başlayıb. Bu klubun heyətində səkkiz mövsüm ərzində 161 liqa oyununda iştirak edərək 2 qol vurub. 1979-cu ildə “Maritimo” klubuna keçib və bir mövsüm sonra yenidən “Estoril”ə qayıdıb. 1987-ci ildə 33 yaşlı Santuş həmin klubda məşqçiliyə başlayıb. O, 1987/1988 mövsümündə "Eştoril"də köməkçi məşqçi olub. 1994-1998-ci illərdə "Estrela da Amadora"ya rəhbərlik edib. Tanınmış mütəxəssisin uğurları məhz əsrin sonlarından başlayıb. O, 1998/1999 mövsümündə "Portu" ilə Portuqaliya çempionu olub. 1998 və 1999-cu illərdə ölkə Superkubokunu qazanıb. 1999/2000 və 2000/ 2001 mövsümündə isə ölkə kubokuna sahib çıxıb.

Santuş daha sonra ölkədən kənarda uğurlu çıxışla yadda qalıb. Mütəxəssis 2001/2022 mövsümündə AEK-i Yunanıstan çempionu edib. Daha sonra "Panatinaikos" (2022), "Sportinq" (2003/2004), AEK (2004-2006), "Benfika" (2006/2007), PAOK (2007-2010) və Yunanıstan millisində (2010-2014) işləsə də, titul əldə edə bilməyib.

2014-2022-ci illərdə ölkəsinin yığmasına rəhbərlik edib. Portuqaliya millisi tarixində ilk Avropa çempionluğunu da məhz bu baş məşqçi ilə əldə edib. Yığma 2016-cı ildə Fransada təşkil olunan turnirdə qızıl medallara yiyələnib. 2018/2019 mövsümündə isə UEFA Millətlər Liqasında qalib olub. Bundan əlavə, Portuqaliya yığması 2017-ci ildə Konfedarasiyalar Kubokunda bürünc mükafata da sahib çıxıb. Santuşun iki işi qısa çəkib: tanınmış mütəxəssis 2023-cü ildə Polşa millisində, 2024-cü ildə isə Türkiyənin "Beşiktaş" klubunda çalışıb.

Təcrübəli baş məşqçi 2016 və 2019-cu illərdə FIFA-nın versiyasına əsasən ilin ən yaxşı milli baş məşqçisi seçilib.

Qeyd edək ki, AFFA onunla 2028-ci Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
3
anspress.com

4Sources