EN

Norveç Ukraynaya 240 milyon avro ayıracaq

Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün 240 milyon avro ayıracaq.

Oxu24.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

“Almaniya bu gün təsdiqlədi ki, Norveç, Danimarka və Hollandiya ilə birlikdə "Patriot" sisteminin geri alınmasını maliyyələşdirəcək ki, 100 "Patriot" raketi Ukraynaya sürətlə ötürülə bilsin.

Xatırladaq ki, mayın sonunda Ukrayna prezidenti Volodimir Zelenski və Norveçin baş naziri Jonas Qahr Store təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıblar. Bu il Norveçin Kiyevə ən azı 13,5 milyard NOK (1,2 milyard avro) yardım edəcəyi bildirilir.

Yeganə

Mənbə: Bloomberg.com
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
2
oxu24.com

3Sources