EN

Həmas Baydenin atəşkəs planına müsbət cavab verdi

HƏMAS rəhbərliyi hücumların və işğalın sona çatacağı təqdirdə ABŞ Prezidenti Co Baydenin 3 mərhələli atəşkəs planı ilə bağlı danışıqlara yaşıl işıq yandırıb.

AZXEBER.COM xəbər verir ki, HƏMAS İsrailin Qəzza zolağında ABŞ Prezidenti Co Baydenin elan etdiyi atəşkəs təklifinə cavabını Misir və Qətərə çatdırıb.

Həmas Qəzzada atəşkəs razılaşmasına müsbət və hazır olduqlarını ifadə edərək deyib:

\"Cavab Fələstin xalqımızın maraqlarını və Qəzza zolağına davam edən hücumun tamamilə dayandırılmasının vacibliyini ön planda tutur. Qətər və Misir HƏMAS-ın atəşkəs təklifinə cavab verdiyini təsdiqləyib”.

İki ölkə təsdiq edir ki, Birləşmiş Ştatlarla birgə vasitəçilik səyləri razılıq əldə olunana qədər davam edəcək və vasitəçilər cavabı nəzərdən keçirəcək və növbəti addımlar barədə müvafiq tərəflərlə koordinasiya edəcəklər.

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
azxeber.com

1Sources