Sumqayıt, 12 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
İyunun 5-də Sumqayıt şəhər sakini olan şəxs bank kartından 590 manatın oğurlanması barədə polisə məlumat verib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini 1974-cü il təvəllüdlü Mirələm Dərgahov saxlanılıb. Həmin şəxs kart məlumatlarını əldə edəndən sonra qeyd olunan məbləği onlayn alış-veriş saytlarında istifadə etməklə xərcləyib.
Faktla bağlı araşdırmalar aparılır.