EN

İşlədiyi yerdən 30 min manatlıq kabel oğurlayan şəxs saxlanıldı

İşlədiyi yerdən 30 min manatlıq mis kabel oğurlayan bağban saxlanılıb.

Avtosfer.az xəbər verir ki, iyunun 4-də Səbail rayonunda yerləşən idman arenalarından birindən 30.000 manat dəyərində 1200 metr mis kabelin oğurlanması barədə polisə məlumat daxil olub. 
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimli müəyyən olunaraq saxlanılıb. 

Qeyd edək ki, həmin şəxs oğurluq etdiyi məkanda bağban işləyib.

Araşdırma aparılır.

Chosen
89
21
avtosfer.az

10Sources