"Hələlik Tovuzda istirahət edirəm. Bu yaxınlarda Ayxan müəllim zəng vurub məni Bakıya çağırdı. Bir neçə günə paytaxtda olacam". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"dan ayrılan qapıçı Kamal bayramov deyib.
Â
38 yaşlı qokiper yaxın günlərdə yeni klubunun adına aydınlıq gələcəyini də bildirib: " Ayxan müəllim sağ olsun, həmişə mənə həm futbolçu, həm də insan kimi dəstək olub. Onun yanında olmaq hər zaman qürurludu. Dəyərli məşqçi ilə söhbətdən sonra harda çıxış edəcəyimə aydınlıq gələcək".
Â
Qeyd edək ki, Bayramov son mövsümdə Tovuz təmsilçisinin heyətində ümumilikdə 7 oyun çıxıb və qapısında 11 qol görüb.ABDULLA İSMAYILOĞLU