EN

İspaniyanın Palma hava limanı uçuşları bərpa edib

İspaniyanın

Bakı, 12 iyun, AZƏRTAC

Daşqınlar nəticəsində fəaliyyətini dayandıran Palma hava limanı uçuşları bərpa edib.

AZƏRTAC “National world” saytına istinadla xəbər verir ki, güclü yağış və fırtına İspaniyanın üçüncü ən böyük hava limanına təsir edib. Daşqınlar nəticəsində təxminən 100-ə yaxın uçuş ləğv edilib.

Palma hava limanı təyyarələrin təhlükəsizliyini təmin edə bilmədiyi üçün gələn reysləri də qəbul edə bilməyib.

Dövlət meteorologiya agentliyi yağıntının miqdarının rekord həddə çatdığını qeyd edib.

Chosen
155
azertag.az

1Sources