EN

İki uşaq anası olan 29 yaşlı qadın intihar etdi

Gəncədə intihar hadisəsi baş verib.

Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yaşayan 1995-ci il təvəllüdlü Tükəzban Aslanova yaşadığı evin həyətində olan yarımtikilidə özünü asıb.

Qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, T.Aslanova ailəli olub, 2 övladı var.

 

Chosen
146
16
7news.az

10Sources