Azərbaycan milli komandasının baş məşqçisi rəsmən açıqlanıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tanınmış mütəxəssis Fernandu Santuş yığma komandanın baş məşqçisi təyin olunub. Bəyanatda deyilib:

"Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub".