EN

Xaricdən pul köçürmələrində əsas ölkə hələ də Rusiyadır - AMB

Azərbaycana xaricdən köçürülən pulların böyük hissəsi hələ də Rusiyanın payına düşür. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

"Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə bu ölkədən daxil olan pul baratlarının ümumi məbləğində azalma var. Bu da Ukrayna ilə müharibəyə görədir", - deyə o qeyd edib.

"I rübdə ilk 5-liyə Rusiya (155 milyon ABŞ dolları), Türkiyə (39 milyon ABŞ dolları), ABŞ (14 milyon ABŞ dolları), Gürcüstan (9 milyon ABŞ dolları) və Böyük Britaniya (8 milyon ABŞ dolları) daxil olub", - deyə AMB rəsmisi əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
7
sia.az

8Sources