EN

Meyiti tapılan hərbçi Ordubadda dəfn olunacaq - Yenilənib

Meyiti

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun meyiti tapılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, C. Hüseynovun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyənləşib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Azərbaycan Ordusunun itkin düşərək həlak olan əsgəri Ordubad rayonunun Gənzə kəndində dəfn ediləcək.

Reyting.az
xəbər verir ki, iyunun 9-da naməlum şəraitdə itkin düşərək həlak olan Azərbaycan Ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynov bu gün Ordubad rayonunun Gənzə kəndində dəfn olunacaq.

Hazırda həlak olan əsgərimizin nəşi doğulduğu Gənzə kəndinə aparılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
reyting.az

1Sources