EN

ADY bu marşrut üzrə reyslərin sayını iki dəfə artırır » AzadMedia.az


İyun ayının 14-dən etibarən İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu qatarlar Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə veriləcək.
Qurumdan Azadmedia.az-a verilən məlumata görə ADY Qərb bölgəsinin sakinlərindən daxil olan müraciətləri nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfəyədək artırır. Sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək. Bu da xətt üzrə təkcə Bakı şəhərindən Qərb istiqamətində gedən sərnişinlərin yox, eyni zamanda əks istiqamətdən Bakı şəhərinə gələn sərnişinlərin rahatlığını təmin edəcək.

Məlumat üçün bildirək ki, yeni istismara verilmiş FLIRT markalı birmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 270 nəfərdir. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş qatarlarda standart, standart plyus, biznes və birinci sinif yerlər mövcuddur.
Xidmət keyfiyyətinin yüksəldilməsi baxımından qatarlar geniş bar-vaqon salonuna malikdir və hər bir sərnişin rahatlıqla bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər, qəlyanaltılar əldə edə bilər.

Azadmedia.az xatırladır ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) iyun ayının 14-dən etibarən İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verir. 2019-cu ildə ADY ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən alınmış FLIRT tipli 10 müasir qatardan dördü artıq ölkəmizdədir və test yürüşlərini tamamlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
1
azadmedia.az

2Sources