EN

"Atletiko" Feliks üçün 50 milyon avro tələb edir

La Liqa klublarından "Barselona" "Atletiko Madrid"ə məxsus hücumçu Joao Feliksi heyətində saxlamağa çalışır.

Apasport.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "Barselona" 24 yaşlı futbolçunu yenidən icarəyə götürmək istəyir, lakin "Atletiko" 50 milyon avroya tam transferdə israrlıdır.

Portuqaliyalı ötən mövsümü icarə əsasında çıxış etdiyi Kataloniya klubunda keçirib.

Qeyd edək ki, Joao Feliks "Barselona"nın heyətində 44 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Forvardın müqaviləsi 2029-cu ilə qədərdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
93
apasport.az

1Sources