EN

Bu gün gözlər ABŞ-dəki inflyasiya göstəricisi və FED-in qərarına yönəlib

Federal Ehtiyat Sistemi (FED) bugünkü iclasından öncə ABŞ-ın aylıq və illik inflyasiya (istehlak qiymətləri indeksi) məlumatlarını alacaq.

Banker.az az Bloomberg-ə istinadən xəbər verir ki, dolların məzənnə proqnozları verərkən bu məlumatlardan başlanğıc nöqtəsi kimi istifadə ediləcək.

Bloomberg sorğusuna görə, iqtisadçıların 41%-i faiz proqnozunun 2024-cü ildə iki azalma siqnalı verəcəyini, 41%-i isə nöqtə planının yalnız bir faiz endirimi göstərəcəyini və ya ümumiyyətlə faiz dərəcəsini göstərməyəcəyini gözləyir.

FED-nin əsas diqqət yetirdiyi göstərici illik inflyasiya və aylıq baza inflyasiyasıdır. İqtisadçılar illik inflyasiyanın may üzrə 3.4%-də sabit, aylıq baza inflyasiyasının isə 0.3%-də sabit saxlayacağını proqnoz edir. FED-in bu günki iclası mühümdür – dayaq iclasıdır. İqtisadçılar uçot faiz dərəcəsini 5.5%-də sabit saxlayacağı proqnoz edilir.

İnflyasiya məlumatları bu gün Bakı vaxtı ilə 16:30-da, FED-in faiz qərarı isə 23:00-da açıqlanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
130
45
banker.az

10Sources