Bakı. Trend:
Dünən axşam saatlarında İsmayıllıya yağan yağış Lahıc qəsəbəsinəvə ətraf kəndlərə gedən yolun bağlanmasına səbəb omuşdu.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyininİctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Trend-ə bildirib ki, yağan yağış nəticəsindədağlardan gələn torpaq qatı və iri qaya parçaları İsmayıllı-Lahıcavtomobil yolunun üzərinə tökülüb, nəticədə avtomobillərin hərəkətiçətinləşib.
O qeyd edib ki, hazırda yolun təmizlənməsi üçün əraziyə texnikavə canlı qüvvə cəlb edilib:
"Yolun təmizlənməsi davam edir. Hazırda yol hər iki istiqamətdəaçılıb".