Qapıçı Manuel Noyer və yarımmüdafiəçi Tomas Müller 2025-ci ilin yayında "Bayern"i tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Hər iki futbolçunun Münhen klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. Rəhbərlik onlarla yeni sözləşmə imzalamaq niyyətində deyil.
Qeyd olunur ki, "Bayern" əfsanələrin gedişi sayəsində maliyyə yükünü yüngülləşdirmək istəyir. Onların hər birinin maaşı təxminən 20 milyon avrodur.