Bakıda yol-nəqliyyat hadisəsi baş verib
Sfera.az xəbər verir ki, hadisə Xətai rayonu, Cavanşir 25 küçəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin qarşısına skuterin çıxması nəticəsində baş verən qəzada avtomobilin sürücüsü və skuteri idarə edən şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Vəziyyətləri kafidir.