"Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Xorvatiya klubundan ayrılır.
BAKU.WS xəbər verir ki, bu barədə futbolçu "CBC Sport"a açıqlamasında bildirib.
Emreli hələ ki, hansı kluba gedəcəyini bilmədiyini deyib:
"Düşünürəm ki, karyeramın ən önəmli dövründəyəm. İndi atacağım addım çox önəmlidir. Çalışıb ən doğru addımı atacam".
Daha sonra futbolçu bildirib ki, ehtimallar arasında "Qarabağ" da var:
"Qarabağ mənim evimdir. "Qarabağ" özünü Avropada sübut etmiş komandadır. Tam olaraq rəsmi təklifim yoxdur. Ancaq mən heç vaxt heç bir komandaya konkret "yox" demirəm. Bu doğru olmaz".
BAKU.WS VİDEO