EN

Çinin şimal və mərkəzi hissələrində temperatur rekord həddə çatıb

Ekstermal yaya hazırlaşan Asiya və Çin son günlərdə yüksək temperaturlu istilərə məruz qalıb. 

Ednews bu barədə Reuters-a istinadən bildirir ki, şərqdəki şiddətli quraqlıq məhsulları təhdid edir və dövlət sinoptikləri bildiriblər ki, Çin bir neçə gündür qızmar isti ilə üzləşib və çərşənbə günü şimal Hebei əyalətində temperatur 42 dərəcə Selsiyə (107,6°F) çatacaq.

Milli Meteorologiya Mərkəzi (NMC) də artan temperaturun enerji təchizatı, məhsul istehsalı və insanların sağlamlığına təsiri barədə xəbərdarlıq edib.

Rəsmi məlumatlara görə, Çin ilin çox hissəsində qeyri-adi isti hava şəraiti yaşayıb, martdan may ayına qədər orta temperatur 1961-ci ildə qeydə alınandan bəri ən yüksək həddə çatıb. 

Şimali Hindistan da uzun müddət davam edən isti dalğasının ortasındadır. Orada may ayının sonunda temperatur 50C-dən yuxarı olub. Milli Xəstəliklərə Nəzarət Mərkəzi iyunun 1-də bildirmişdi  ki, ölkədə mart ayından bəri, təxminən, 25,000 gün vurma hadisəsi və 56 ölüm hadisəsi qeydə alınıb.Aprel ayında rekord qıran istilər Asiyanın böyük hissələrini yandırıb, yüzlərlə insanı ölümünə səbəb olub. Eləcə də, əkinlərə ciddi ziyan dəyib və məktəblər bağlanılmalı olub.

 

Xalidə 

Chosen
158
ednews.net

1Sources