EN

"Təhsilimi UNEC-də davam etdirəcəm" - 675 bal toplayan Turan

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

 

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Əliyev Turan Anar oğlu göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb.

 

Turan Əliyev təəssüratlarını Modern.az-la bölüşüb.

 

O qeyd edib ki, qəbul imtahanlarının ikinci cəhdində iştirak etməyəcək: "Qəbul imtahanlarının ikinci şansında təəssüf ki, iştirak etməyəcəyəm. Hədəfimdə bakalavr təhsilimi İqtisad Universitetində (UNEC) Maliyyə yaxud Biznesin idarə olunması ixtisasında almaq var".

 

"Abituriyentlərə məsləhətim odur ki, qarşılarına məqsəd qoysunlar və həvəslə hazırlaşsınlar. Bu yolla hər bir abituriyent öz məqseədinə çatar ve uğurlu olar", - Turan Əliyev əlavə edib.

 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
modern.az

1Sources