EN

Tarixində ilk dəfə Avropa çempionatına qatılan Gürcüstan üç nəhənglə necə bacaracaq? - F qrupu

Tarixində ilk dəfə Avropa çempionatına qatılan Gürcüstan millisi F qrupunda Portuqaliya, Çexiya və Türkiyə seçmə komandalarına qarşı mübarizə aparacaq.Mediaxeberleri.Az xəbər verir ki, azərbaycanlı futbolsevərlərin böyük maraqla gözlədiyi F qrupunun oyunlarında ilk olaraq Türkiyə Gürcüstanla qarşılaşacaq. AVRO-2024-ün sürpriz komandası sayılan Gürcüstan seçməsi Türkiyə millisinə qarşı görüşdə etimadı layiqincə doğrultmağa çalışacaq. Amma, gənc və ulduz futbolçulara fürsət verən Türkiyə millisi ilə görüşdə bu heç də asan vəzifə sayılmır. Rəqiblər indiyədək ümumilikdə beş dəfə qarşılaşıblar. Bunlardan üçündə Türkiyə millisi, birində isə Gürcüstan seçməsi qalib gəlib. Bir dəfə isə heç-heçə qeydə alınıb. Komandaların heyətlərinə nəzər salaq.Türkiyə millisinin baş məşqçi Vinçenzo Montellanın açıqladığı 26 nəfərlik siyahıya öncədən yığmanın düşərgəsinə dəvət alan Abdülkadir Ömür, Can Uzun, Doğan Alemdar, Cenk Özkacar, Oğuz Aydın və Berat Özdemir düşə bilməyib.Qapıçılar : Altay Bayındır ("Mançester Yunayted"), Mert Günok ("Beşiktaş"), Uğurcan Çakır ("Trabzonspor");Müdafiəçilər: Mert Müldür ("Fənərbağça"), Zeki Çelik ("Roma"), Abdülkerim Bardakçı ("Qalatasaray"), Ahmetcan Kaplan ("Ayaks"), Merih Demiral ("Əl-Əhli"), Samet Akaydin ("Panatinaikos"), Ferdi Kadıoğlu ("Fənərbağça");Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter"), İsmayıl Yüksek ("Fənərbağça"), Kaan Ayhan ("Qalatasaray"), Okay Yokuşlu ("Vest Bromviç"), Orkun Kökçü ("Benfika"), Salih Özcan ("Borussiya Dortmund");Hücumçular: İrfan Can Kahveci ("Fənərbağça"), Yunus Akgün ("Qalatasaray"), Kənan Yıldız ("Yuventus"), Kerem Muhammed Aktürkoğlu ("Qalatasaray"), Arda Güler ("Real Madrid"), Barış Alper Yılmaz ("Qalatasaray"), Bertuğ Özgür Yıldırım ("Renn"), Cenk Tosun ("Beşiktaş"), Semih Kılıçsoy ("Beşiktaş"), Yusuf Yazıcı ("Lill").Gürcüstan millisinin heyətində isə "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilinin də adı 26 nəfərlik yekun heyətə daxil edilib.Qapıçılar: Giorgi Mamardaşvili ("Valensiya"), Giorgi Loria ("Dinamo Tbilisi"), Luka Quqeşaşvili ("Qarabağ");Müdafiəçilər: Solomon Kverkvelia ("Əl-Uxdud"), Giorgi Qvelesiani ("Persepolis"), Quram Kaşia ("Slovan"), Cemal Tabidze ("Panetolikos"), Laşa Dvali (APOEL), Luka Loçoşvili ("Kremoneze"), Otar Kakabadze ("Krakoviya"), Georgi Qoçoleyşvili ("Şaxtyor");Yarımmüdafiəçilər: Nika Kvekveskiri ("Lex"), Giorgi Çakvetadze ("Uotford"), Anzor Mekvabişvili ("Universiteta"), Qabriel Siqua ("Bazel"), Otar Kiteişvili ("Şturm"), Giorgi Koçoraşvili ("Levante"), Levan Şenqeliya ("Panetolikos"), Sandro Altunaşvili ("Volfsberq"), Saba Lobjanidze ("Atlanta"), Giorgi Tsitaişvili (Dinamo, Batumi)Hücumçular: Jorj Mikutadze ("Metz"), Budu Zivzivadze ("Karlsrue"), Xviça Kvaratsxeliya ("Napoli"), Zuriko Davitaşvili ("Bordo"), Giorgi Kvilitaya (APOEL).Qrupun digər maraqlı görüşündə Portuqaliya millisi Çexiyanı sınağa çəkəcək. AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda qərarlaşan Portuqaliya seçməsi Slovakiya, Lüksemburq, İslandiya, Bosniya və Herseqovina və Lixtenşteyn milləri ilə görüşlərin hər birində qalib gələrək aktivinə 30 xal yazdırmaqla Avropa çempionatına lider kimi adlayıb. Son zamanlarda uğurlu çıxışları ilə diqqət mərkəzinə düşən portuqaliyalılar yarışın əsas favoritlərindən hesab olunurlar. Çexiya seçməsi də AVRO-2024-ə turist qismində yollanmayıb. Portuqaliyaya qarşı qalib gəlmək çətin sayılsa da, mümkünsüz deyil. Rəqiblər indiyədək ümumilikdə beş dəfə görüşüblər. Bunlardan dördü portuqaliyalıların qələbəsi ilə başa çatıb. Çexiyalılar isə yalnız bir qarşılaşmadan qalib ayrılıblar.Portuqaliya millisinin AVRO-2024-ə qatıldığı heyətə nəzər yetirək:Qapıçılar: Dieqo Koşta ("Portu"), Joze Sa ("Vulverhempton"), Rui Patrisio ("Roma");Müdafiəçilər: Antonio Silva ("Benfika"), Danilo Pereyra (PSJ), Dioqo Dalo ("Mançester Yunayted"), Qonsalp İnasio ("Sportinq"), Joau Kanselu ("Barselona"), Nelson Semedo ("Vulverhempton"), Nuno Mendeş (PSJ), Pepe ("Portu"), Ruben Diaş ("Mançester Siti");Yarımmüdafiəçilər: Bruno Fernandeş ("Mançester Yunayted"), Joau Neveş ("Benfika"), Joau Palinya ("Fulhem"), Otavio ("Ən-Nəsr"), Ruben Neveş ("Əl-Hilal"), Vitinya (PSJ).Hücumçular: Bernardo Silva ("Mançester Siti"), Kriştianu Ronaldu ("Ən-Nəsr"), Dioqo Jota ("Liverpul"), Fransisko Konsesau ("Portu"), Qonsalu Ramuş (PSJ), Joau Feliks ("Barselona"), Pedru Netu ("Vulverhempton"), Rafael Leao ("Milan").Çexiya millisinin baş məşqçisi İvan Haşek 26 futbolçuya şans verib.Qapıçılar: Viteslav Yaroş ("Şturm"), Matey Kovar ("Bayer 04"), Yindrix Stanek ("Slaviya");Müdafiəçilər: Vladimir Çoufal ("Vest Hem"), David Doudera, Tomas Holeş, Tomas Vlçek, David Zima (hamısı "Slaviya"), David Yurasek ("Hoffenhaym"), Ladislav Krejçi, Martin Vitiç (hər ikisi "Sparta");Yarımmüdafiəçilər: Antonin Barak ("Fiorentina"), Vatslav Çerni ("Volfsburq"), Lukaş Çerv, Pavel Şults (hər ikisi "Viktoriya"), Matey Yurasek, Lukaş Provod (hər ikisi "Slaviya"), Andjey Linqr ("Feyenord"), Mixal Sadilek ("Tvente"), Tomas Souçek ("Vest Hem");Hücumçular: Adam Hlojek, Patrik Şik (hər ikisi "Bayer 04"), Tomas Hori (Viktoriya"), Moymir Xitil ("Slaviya"), Yan Kuçta ("Sparta").AVRO-2024F qrupuTürkiyə - Gürcüstan18 iyun, saat 20:00Stadion "Signal İduna Park" ("Borussiya Dortmund")Portuqaliya – Çexiya18 iyun, saat 23:00Stadion "Red Bull Arena" ("Leypziq")Anar Hasanov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources