EN

Premyer Liqada oynayacaq klublara ayrılacaq məbləğ bilindi

2024/25 mövsümündə dövlət tərəfindən Premyer Liqada oynayacaq klublara ayrılacaq məbləğ müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu haqda AFFA-nın AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib.

Onun sözlərinə görə, məbləğin 4 milyon manat olacağı ilə bağlı yazılanlar həqiqəti əks etdirmir:

"Hazırda olan məlumata görə, 3 milyon manat olduğu kimi qalır, artırılması nəzərdə tutulmur".

Beləliklə, yeni mövsümdə Premyer Liqada iştirak edəcək 10 klubun hər birini ötən mövsümdə olduğu kimi, 3 milyon manat ayrılacaq.

Chosen
141
sportinfo.az

1Sources