EN

İran Bayden və Makronun bəyanatlarından narazıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ və Fransa prezidentlərinin birgə bəyanatını tənqid edərək, Tehrana qarşı əsassız və qəbuledilməz ittihamları rədd edib.

Vətəninfo.az xəbər verir ki, b barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Kənani anti-İran bəyanatını əsassız və siyasi məqsədlər güdən adlandırıb.

O vurğulayıb ki, regionda və dünyada sabitlik və təhlükəsizliyin bərqərar olması, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə terrorçu qruplarla mübarizədə İran İslam Respublikasının rolu əvəzsizdir. Bundan əlavə, o, Tehranın beynəlxalq hüquq və öhdəliklər çərçivəsində MAQATE ilə texniki əməkdaşlığa sadiqliyini təsdiqləyib.

Chosen
108
2
veteninfo.az

3Sources