EN

Azərbaycanın marqarin istehsalı artıb – Rəqəmlər

2024-cü ilin ilk yanvar-aprel aylarında Azərbaycanda 15 min 896 ton miqdarında marqarin istehsal edilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 min 205 ton və ya 8,2% çoxdur. 2023-cü ilin ilk dörd ayında Azərbaycanda 14 min 691 ton miqdarında marqarin istehsal olunub.

Qeyd edək ki, cari ilin mayın 1-i vəziyyətinə görə ölkədə hazır marqarin ehtiyatının miqdarı 4 min 96 tondur.

Əvəz Həsənov

Chosen
140
valyuta.az

1Sources