EN

1970-ci ildə Bakı Ayaqqabı fabriki belə fəaliyyət göstərirdi - VİDEO

1970-ci ildə Bakı Ayaqqabı fabriki belə fəaliyyət göstərirdi - VİDEO

"Bakı Ayaqqabı fabrikasının kollektivi SSRİ Ali Sovetinin birinci sessiyası şərəfinə sosializm yarışını genişləndirərək hər gün yeni istehsalat qələbələri əldə edir. Fabrikanın işçilərindən Züleyxa Nəcəfəli qızı lidiya Karabelnikovanın iş üsulundan tətbiq edərək xammalı qənaətlə işlədir. O, hər ay qənaət hesabına 150 cütdən artıq ayaqqabı hazırlayır".

Sonxeber.az xəbər verir ki, bu barədə AzTV-nin "Qızıl Fond"unda qorunan 1970-ci illərə aid arxiv materialında bildirilib. Kadrlarda Bakı Ayaqqabı fabrikinin iş rejimi və fəaliytətləri haqqında məlumat verilib:

"Burada çalışan işçilərdə Züleyxanın istehsalat təcrübəsini mənimsəyərək çoxlu məhsul buraxır. Eyni zamanda tapşırıqları artıqlaması ilə yerinə yetirirlər".

Ətraflı videomaterialı təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
47
sonxeber.az

1Sources