EN

NATO-nun Rusiya ilə müharibəyə hazırlığı sual altındadır

“NATO Rusiya ilə uzunmüddətli müharibə ssenarisinə hazırlaşmalıdır”

Redaktor.az xəbər verir ki, bu barədə Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS)  hesabatında bildirilir. 

Qeyd olunur ki, NATO müharibənin ilkin fazasına hazır olsa da, onun uzunmüddətli savaşa hazır olub-olmaması sual altındadır. Analitiklərə görə, son iki ildə NATO Rusiya ilə potensial münaqişəyə hazırlıq çərçivəsində “əhəmiyyətli irəliləyiş” əldə edib. 

Bu, 2022-ci ilin yayında Madrid Sammitində qəbul edilən konsepsiya sayəsində reallaşıb. 

Bundan öncə Rusiya XİN bildirib ki, Moskva mövcud ehtiyaclara uyğun olaraq özünün nüvədoktrinasına yenidən baxa bilər. Buna isə NATO ölkələrinin qəbuledilməz hərəkətləri sövq edir.

Yusif SƏMƏDZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
redaktor.az

1Sources