EN

Gəncədə kişi arvadını və daha bir nəfəri bıçaqlayıb

Gəncədə kişi arvadını və digər şəxsi bıçaqladı.

E-huquq.az-ın məlumatına Hüseynov Rəfael həyat yoldaşı Hüseynova Aysel ilə aralarında yaranmış mübahisə zamanı, ona bıçaq ilə bir dəfə vurub.

Sonuncuya döş qəfəsinin sol nahiyəsinin daxilə keçən kəsilmiş deşilmiş və üst dodaq nahiyəsinin kəsilmiş yarası, hadisə zamanı orada olan Əliyev Fəridə isə sol bazunun kəsilmiş yarası xəsarəti yetirib.

Hadisəni törətmiş Hüseynov Rəfael saxlanılarq Gəncə şəhər BPİ-yə təqdim olunub.

Faktla bağlı Gəncə şəhər BPİ-də Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
120
e-huquq.az

1Sources