EN

"Əl-Nəsr" "Real"ın futbolçusuna 100 milyon avro təklif etdi

style='margin-bottom:10px;'>

Səudiyyə "Əl-Nəsr"i Madrid "Real"ının müdafiəçisi Antonio Rüdigeri heyətinə qatmağı planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.

Səudiyyə Ərəbistanı təmsilçisi oyunçu üçün hərəkətə keçib. Onlar Rüdigerə 4 illik sözləşmə təklif edib. Müqaviləyə görə, Rüdiger "Əl-Nəsr"ə keçərsə, 4 il ərzində ümumilikdə 100 milyon avro qazanacaq. 

Rüdiger hələlik bu təklifi cavablamayıb.

Xatırladaq ki, ötən mövsüm Rüdiger "Real"ın heyətində bütün turnirlərdə 48 oyun keçirib və 2 qol vurub və 3 qolun ötürməsini edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
2
teleqraf.com

3Sources