Qazaxda ağır yol-nəqliyyat hadisəsi olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün "Ford" və "Mercedes" markalı avtomobillərin toqquşması ölümlə nəticələnib.
Belə ki, 1955-ci il təvəllüdlü Ş. Mustafayeva hadisə yerində ölüb. 1964-cü il təvəllüdlü İ. Musayev və "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun